Bakı. Trend:
Ukrayna və Fransa prezidentləri Vladimir Zelenski ilə Emmanuel Makron arasında telefon danışığı olub.
Trend xəbər verir ki, bu barədə ukraynalı lider öz "Twitter" hesabında bildirib.
Dövlət başçıları Ukraynadakı vəziyyəti müzakirə ediblər.
"Prezident Emmanuel Makronla təcili söhbət etdim. Cəbhədə vəziyyətin gərginləşməsi, itkilərimiz, siyasətçilərin və beynəlxalq jurnalistlərin atəşə tutulması barədə məlumat verdim. Dərhal deeskalasiya və siyasi-diplomatik nizamlamanın zəruriliyi və mümkün yolları müzakirə edilib", - V. Zelenski bildirib.