...

Erməni tarixçilər və onların havadarları hətta kəşfiyyat sahəsində də tarixi saxtalaşdırırlar

Siyasət Materials 20 Aprel 2022 13:21 (UTC +04:00)
Erməni tarixçilər və onların havadarları hətta kəşfiyyat sahəsində də tarixi saxtalaşdırırlar
Cavanşir Vəliyev
Cavanşir Vəliyev
Bütün xəbərlər

Bakı. Trend:

Ermənilər İkinci Dünya müharibəsi dövründə İranda sovet kəşfiyyatının rəisi Pavel Fitinin rəhbərliyi altında fəaliyyət göstərmiş 30 kəşfiyyatçının qəhrəmanlığını öz adlarına çıxmağa çalışıb. Həmin 30 qəhrəman arasında azərbaycanlı Məmmədhüseyn Əsədov da olub.

Belə ki, 1986-cı ildə Qorbaçovun rəhbərliy dövründə onun erməni ətrafı “kəşfiyyatçı”... Vartanyana Sovet İttifaqı Qəhrəmanı adının verilməsi barədə fərman hazırlayaraq Qorbaçova təqdim ediblər.

Ermənilər İranda erməni mənşəli kəşfiyyatçıların “qəhrəmanlıqları”, o cümlədən Stalinə qarşı sui-qəsdin qarşısının alınması barədə hekayələri ilə Beriya və Stalini aldada bilməzdi. Ona görə də Vartanyan Beriya və Stalin tərəfindən mükafatlandırılmayıb.

Vartanyanın “qəhrəmanlığı” barədə birdən-birə Qorbaçovun vaxtında “xatırlamağa” başladılar. Heç kimdə sual yaranmadı ki, niyə Beriya və Fitin bu “peşəkar”ı görməyib? Niyə onlar bu qondarma kəşfiyyatçını mükafat almaq üçün təqdim etməyib? Vartanyan 18 yaşında necə “Tehran-43” kimi məşhurlaşmış əməliyyatın rəhbəri ola bilərdi?

Xüsusi xidmət veteranları Elxan Ələsgərov, Cavanşir Vəliyev və Azər Qarayevin səyləri sayəsində sovet kəşfiyyatçısı Məmmədhüseyn Əsədov haqqında sənədlər üzə çıxarılıb. Bu sənədlər Əsədovun 1943-cü ildə Tehranda konfrans zamanı SSRİ, ABŞ və Böyük Britaniya liderlərinə sui-qəsdin qarşısının alınmasında müstəsna xidmətləri barədə məlumatları ortaya çıxarıb. Azərbaycanlı kəşfiyyatçı sovet kəşfiyyatının bu əməliyyatında başlıca iştirakçılardan biri idi.

Məmmədhüseyn Əsədov 1900-cü ildə Həştərxanda anadan olub. 19 yaşında olarkən Qızıl Ordunun Xüsusi təyinatlı hərbi hissəsində qulluq etməyə başlayır. Böyük Vətən Müharibəsi başlayanda əməliyyat şəraitini yaxşı bildiyi, bir neçə dildə sərbəst danışdığı və geniş kəşfiyyat imkanlarına malik olduğuna görə, M.Əsədov Baş kəşfiyyat idarəsi tərəfindən İrana işləməyə göndərilir. Əsas iş istiqaməti isə ingilis və alman kəşfiyyatına qarşı əməliyyatların təşkilindən ibarət olub. Məmmədhüseyn Əsədovun üç dövlət liderlərinin həyatlarının xilas edilməsində xüsusi əməyi var.

Kəşfiyyatçı Məmmədhüseyn Əsədov haqqında məlumat bu günədək məxfi saxlanılır. Açıq mənbələrdə onun haqqında məlumat hələ çox azdır. Onun Tehranda “Böyük üçlüy”ün görüşünün iştirakçılarına sui-qəsdin qarşısının alınmasında unikal xidmətləri geniş ictimaiyyətə yalnız bir neçə il əvvəl məlum olub.

Sovet kəşfiyyatının o dövrdə İranda bir çox parlaq əməliyyatı olub. Ən çox fərqlənmiş əməkdaşlar 1947-ci ildə dövlət mükafatları ilə təltif edilib. Məmmədhüseyn Əsədov iki ordenlə, “Lenin” və “Qırmızı ulduz” ordenləri ilə mükafatlandırılıb. Bircə düşünmək qalır ki, bütün bu işlərdə gənc Vartanyan harada idi və erməni yalanının hüdudu varmı?

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti