...

Nəhayət ki, Ağalı kənd sakinləri öz doğma yurdlarına qayıdıblar - Xüsusi nümayəndə

Siyasət Materials 19 İyul 2022 17:32 (UTC +04:00)
Nəhayət ki, Ağalı kənd sakinləri öz doğma yurdlarına qayıdıblar - Xüsusi nümayəndə
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Nəhayət ki, Ağalı kənd sakinləri öz doğma yurdlarına qayıdıblar. Həqiqətən, bu gün çox əhəmiyyətli bir gündür və çox sevindirici haldır ki, biz bu tarixi hadisəni yaşayırıq.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin Zəngilan rayonu üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib.

O qeyd edib ki, Böyük Qayıdışın ilk köçürülməsi məhz Zəngilan rayonunun Ağalı kəndinədir və bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

“Sakinlər bu gün öz evləri ilə tanış olacaqlar. Bu qürurlu hisləri bizə bəxş etdiyinə görə cənab Ali Baş Komandanımıza, şəhidlərimizə və qazilərimizə borcluyuq”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti