...

Lavrov Qarabağdakı vəziyyətlə bağlı azərbaycanlı və erməni həmkarları ilə sıx təmasdadır – Rusiya XİN

Siyasət Materials 4 Avqust 2022 17:22 (UTC +04:00)
Lavrov Qarabağdakı vəziyyətlə bağlı azərbaycanlı və erməni həmkarları ilə sıx təmasdadır – Rusiya XİN

Bakı. Trend:

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qarabağdakı vəziyyətlə bağlı azərbaycanlı və erməni həmkarları ilə sıx təmasdadır.

Trend-in məlumatına görə, bu barədə Rusiya XİN-in bəyanatında deyilir.

Qeyd olunub ki, rusiyalı sülhməramlılar vəziyyətin sabitləşməsi üçün zəruri səyləri göstərir.

"Hər iki tərəflər bütün kanallar və bütün səviyyələrdə, o cümlədən ali rəhbərlik səviyyəsində fəal iş aparılır", bəyanatda deyilir.

Rusiya Xİn vurğulayıb ki, mövcud ziddiyyətlərin tənzimlənməsi Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixi bəyanatının müddəalarına uyğun olaraq yerinə yetirilməlidir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti