...

Prezident İlham Əliyev: 2 ilə yaxın müddətdə Ermənistan 10 noyabr bəyanatına əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirməyib

Siyasət Materials 5 Avqust 2022 22:55 (UTC +04:00)
Prezident İlham Əliyev: 2 ilə yaxın müddətdə Ermənistan 10 noyabr bəyanatına əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirməyib

Bakı. Trend:

2 ilə yaxın müddətdə Ermənistan 10 noyabr bəyanatına əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirməyib.

Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığı zamanı bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, 10 noyabr 2020-ci il tarixli bəyanatın müddəalarına zidd olaraq Ermənistan Azərbaycanın Qarabağ bölgəsində yerləşmiş qoşunlarını Azərbaycan ərazisindən çıxarmayıb.

Həmçinin, qanunsuz erməni hərbi birləşmələrinin də ərazilərimizdə öz mövcudluğunu davam etdirdiyini deyən dövlət başçısı artıq 2 ilə yaxın müddətdə Ermənistanın 10 noyabr bəyanatına əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyini bildirib.

Prezident İlham Əliyev vurğulayıb ki, Ermənistan Silahlı Qüvvələri və qanunsuz erməni hərbi birləşmələrinin ünsurləri torpaqlarımızdan çıxarılmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti