Bakı. Trend:
Post-münaqişə mərhələsində Azərbaycan tərəfindən iki dövlət arasında normallaşma prosesi istiqamətində bir sıra səylər göstərilsə də, Ermənistan tərəfi buna qarşılıq vermədi, bu ölkə mütəmadi təxribatlara əl atdı.
Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Xarici İşlər Nazirliyində (XİN) 27 Sentyabr – Anım Gününə həsr olunan tədbirdə çıxışı zaman bildirib.
Nazir qeyd edib ki, Ermənistanın sonuncu 12-14 sentyabr tarixli təxribatı normallaşma prosesinə, bölgədə sülhün təmin olunması səylərinə xələl gətirir.