...

Özbəkistanın xarici işlər naziri Ceyhun Bayramova zəng edib

Siyasət Materials 27 Yanvar 2023 19:24 (UTC +04:00)
Özbəkistanın xarici işlər naziri Ceyhun Bayramova zəng edib

Bakı. Trend:

27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş terror hücumu ilə əlaqədar Özbəkistan Respublikasının xarici işlər naziri vəzifələrini icra edən Baxtiyor Saidov Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng edib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Özbəkistan naziri baş vermiş bu aktı qəti şəkildə pisləyib, hücum nəticəsində həyatını itirmiş mərhumun ailəsinə və qardaş Azərbaycan xalqına baş sağlığı diləklərini çatdırıb və Azərbaycan tərəfi ilə həmrəyliyini bildirib.

Nazir Ceyhun Bayramov Özbəkistanlı həmkarına öz minnətdarlığını bildirib, bu cinayəti törədənlərin və onun sifarişçilərinin ən qısa zamanda məsuliyyətə cəlb edilməsi və cəzalandırılması üçün Azərbaycan tərəfinin bütün mümkün vasitələrdən istifadə edəcəyini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti