...

Azərbaycana növbəti tarixi səfər - Ərdoğanın Bakıya gəlişinin TƏFƏRRÜATI (VİDEO)

Siyasət Materials 13 İyun 2023 12:45 (UTC +04:00)
Azərbaycana növbəti tarixi səfər - Ərdoğanın Bakıya gəlişinin TƏFƏRRÜATI (VİDEO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz Trend-ə müsahibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçildikdən sonra ilk ölkə xarici səfərinin Azərbaycana olmasının, iki qardaş ölkə arasındakı bu münasibətin dünyaya verdiyi mesajları, səfərin əhəmiyyəti mövzusunda ünvanlanan sualları cavablandırıb.

"Bu gün Azərbaycanda tarixi bir səfər gerçəkləşdirilir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən Türkiyə prezidenti seçildikdən sonra ilk xarici ölkəyə səfəri Şimali Kipr Türk Respublikasına daha sonra isə Azərbaycana oldu. Bu əslində bir adətdir. Əslində buna sadəcə səfər olaraq baxmamlıyıq. Bilindiyi kimi iki gün sonra Şuşa Bəyənnaməsinin imzalanmasından iki il ötür. Səfər zamanı, Şuşa Bəyənnaməsinin ikinci ilində Türkiyə və Azərbaycan münasibətlərinin çatdığı səviyyə, münasibətlərin daha da inkişaf etdirilməsi üçün atılacaq addımlar müzakirə ediləcək", - deyə Y.Karauz bildirib.

Ehtiyatda olan general Yücel Karauz mövzu ilə bağlı daha geniş açıqlamasını videodan izləyə bilərsiniz:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti