Bakı. Trend:
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki icmalar naziri Karlos Pinto Pereiranı Azərbaycana səfəri çərçivəsində görüşüb.
Trend xəbər verir ki, bu barədə XİN “X” sosial şəbəkə hesabında məlumat yayılıb.
Bildirilir ki, hazırda Ceyhun Bayramovla Karlos Pinto Pereira arasında təkbətək görüş keçirilir.