...

AXCP (KLASSİKLƏR) QURULTAYI PARLAMENT SEÇKİLƏRİNDƏN SONRAYA SAXLADI

Siyasət Materials 8 İyul 2005 18:09 (UTC +04:00)

Azərbaycan Xalq Cəbhəsi(klassiklər) Partiyasının (ACXP(k)) iyulun ikinci yarısına təyin edilmiş qurultayı parlament seçkilərinədək təxirə salınmışdır. Bu haqda AXCP (k)-nın sədri Mirmahmud Mirəlioğlu Trend ə müsahibəsində bildirmişdir.

Onun sözlərinə görə, buna səbəb qarşıdakı parlament seçkilərinə hazırlıq prosesi olmuşdur.

"Hazırda seçki dairələri üzrə partiya tərəfindən irəli sürüləcək namizədlərin müəyyənləşdirilməsinə başlamışıq. AXCP(k) 124 seçki dairəsinin hamısından öz namizədlərini irəli sürəcəkdir.

Əgər hansısa seçki dairəsində digər müxalifət partiyasından olan namizədin seçkidə qalib gəlmək şansı yüksək olduğu aşkarlanarsa, sözsüz ki, bu zaman AXCP(k) onun namizədliyini dəstəkləyəcəkdir"-deyə Mirmahmud Mirəlioğlu vurğulamışdır.

Xəbər lenti

Xəbər lenti