...

AZƏRBAYCAN AMERİKANIN "MİLLENİUM ÇELENC KORPOREYŞN" PROQRAMINA QOŞULMAQ ÜÇÜN VACİB TƏLƏBLƏRİ YERİNƏ YETİRMƏLİDİR

Siyasət Materials 5 Oktyabr 2005 10:40 (UTC +04:00)

"Azərbaycanın ABŞ-ın "Millenium çelenc korporeyşn" proqramına qoşula bilməməsinin səbəbləri araşdırılmalı və vacib tələblər yerinə yetirilməlidir". Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bəyan edib.

O, Azərbaycanın ABŞ-ın "Millenium Çelenc Korporeyşn" proqramına qoşulmamasından təəssüfləndiyini bildirib: "Fikrimcə, biz bu planda yaxşı nəticə göstərməyən ölkə kimi Azərbaycana qarşı irəli sürülən məsələləri həll etməliyik. Əgər biz bu tələbləri yerinə yetirməmişiksə, o zaman buna nail olmaq lazımdır", - deyə o bildirib.

ABŞ tərəfindən demokratiyaya aparan yolda müəyyən nailiyyətlər əldə etmiş inkişaf etməkdə olan ölkələrə yardımın göstərilməsini nəzərdə tutan "Millenium çelenc korporeyşn" proqramı 2004-cü ildən həyata keçirilir və Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycan bu proqramda iştirak etmir.

Xəbər lenti

Xəbər lenti