...

SƏMƏD SEYİDOV: TERRİ DEVİSLƏ GÖRÜŞDƏ QARŞIDAKI PARLAMENT SEÇKİLƏRİ MÜZAKİRƏ OLUNUB

Siyasət Materials 6 Oktyabr 2005 12:15 (UTC +04:00)
SƏMƏD SEYİDOV: TERRİ DEVİSLƏ GÖRÜŞDƏ QARŞIDAKI PARLAMENT SEÇKİLƏRİ MÜZAKİRƏ OLUNUB

Azərbaycan nümayəndə heyətinin Avropa Şurasının baş katibi Terri Devislə görüşü cox konstruktiv kecib və bu görüşdə Azərbaycanda keçiriləcək parlament seçkiləri müzakirə olunub. Bu barədə Trend in Strasburqdakı xüsusi müxbirinə Azərbaycanın AŞ PA-dakı parlament missiyasının rəhbəri Səməd Seyidov bildirib.

Onun sözlərinə görə, baş katib Azərbaycanda seçkilərin Avropa standartlarına uygun olaraq şəffaf, açıq və demokratik kecirilməsi ilə bağlı bir sıra təklif irəli sürüb.

S.Seyidov bildirib ki, Azərbaycan tərəfi ölkədə görülən işlər barədə baş katibə məlumat verərək, parlament seçkilərinin açıq, demokratik və şəffaf keçirilməsi üçün Azərbaycanın parlament nümayəndə heyəti və iqtidarın səylərini artırdığını bildirib.

S.Seyidov, həmçinin, onu da qeyd edib ki, Azərbaycana gələcək müşahidəçilərin sayının artırılması ilə bağlı tam razılıq verilib. "Biz istəyirik ki, seçkilərdə müşahidə açıq və şəffaf keçirilsin. Seçkilərin problemsiz keçirilməsi Avropa Şurası və Azərbaycan üçün vacib bir məqam kimi qeyd olunub", - deyə Azərbaycan parlament nümayəndə heyətinin rəhbəri əlavə edib.

S.Seyidovun məlumatına görə, AŞ-nin baş katibi yanvarda parlament seçkilərinin keçirilməsi və təşkilinə dair hesabat hazırlaycaq.

Xəbər lenti

Xəbər lenti