...

Beynəlxalq müşahidəçilərin hava limanına buraxılmaması ATƏT-in hesabatına daxil edilib

Siyasət Materials 18 Oktyabr 2005 15:16 (UTC +04:00)

ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Bürosunun beynəlxalq missiyasının müşahidəçilərinin Heydər Əliyev adına hava limanına buraxılmaması missiyanın Azərbaycanda seçkiqabağı vəziyyət barədə 3-cü yekun hesabatına daxil edilib. Bu barədə Trend ə misiyanın rəhbərinin köməkçisi Haydi Smit məlumat verib.

Onun sözlərinə görə, bu məsələ artıq Azərbaycanın güc strukturlarının rəhbərləri ilə müzakirə olunub və şübhəsiz ki, yaxın iki həftə ərzində açıqlanacaq seçkibağı vəziyyətlə bağlı missiyanın sonuncu hesabatında əksini tapacaq.

Eyni zamanda, H. Smit qeyd edib ki, bu gün Azərbaycanda 15 müşahidə qrupu fəaliyyət göstərir. Qrupların tərkibinə daxil olan müşahidəçilər hər gün respublikadakı seçkiqabağı vəziyyət barədə missiyanın Bakıdakı Mərkəzi Bürosuna informasiyalar göndərirlər.

Xatırladaq ki, oktyabrın 17-də ATƏT-in DİİHB-nun müşahidəçiləri bir sıra səfirliklərin nümayəndələri ilə birgə müxalifətyönlü Azərbaycan Demokratik Partiyasının lideri, eks-spiker Rəsul Quliyevin təyyarəsinin yerə enəcəyi Heydər Əliyev adına beynəlxalq hava limanında olmayıblar.

Xəbər lenti

Xəbər lenti