...

AXCP sədri ABŞ səfiri ilə seçkiöncəsi vəziyyəti müzakirə edib

Siyasət Materials 22 Oktyabr 2005 12:08 (UTC +04:00)

Oktyabrın 21-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP-islahatçılar) sədri Əli Kərimli ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rino Harnişlə görüşüb. Bu barədə Trend ə AXCP-dən məlumat verilib. Görüşdə, əsasən seçkiqabağı durum müzakirə olunub. Ə.Kərimli həmsədri olduğu "Azadlıq" blokunun bölgərdə keçirdiyi tədbirləri, seçicilərlə görüşlərləri, həmçinin, seçki kampaniyasının gedişi və seçki ərəfəsində baş verən qanun pozuntuları barədə səfirə məlumat verib. Seçkilərdə iştirak edən siyasi qüvvələrin, o cümlədən müxalifət düşərgəsinin təbliğat-təşviqat kampaniyası zamanı üzləşdikləri problemlər də müzakirə predmeti olub.

Xəbər lenti

Xəbər lenti