...

Rumıniyanın baş nazirinin Azərbaycana səfəri parlament seçkilərindən sonra baş tutacaq

Siyasət Materials 22 Oktyabr 2005 13:45 (UTC +04:00)

Rumıniyanın baş naziri Kalin Popesku-Tariçanu yalnız parlament seçkilərindən sonra Azərbaycana rəsmi səfər edəcək. Bu barədə Trend ə Rumıniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfər çərçivəsində Rumıniya hökumətinin başçısı Azərbaycan tərəfi ilə hər iki ölkə arasında iqtisadi-ticarət sahəsində əməkdaşlığın perspektivlərini, birgə regional enerji layihələrinin həyata keçirilməsi ilə bağlı məsələləri, yük dövriyyəsinin artırılması imkanlarını müzakirə etmək niyyətindədir. Bu, prezident İlham Əliyevin Rumıniyaya səfəri zamanı başlanmış dialoqun davamı olacaq.

Səfər zamanı Kalin Popesku-Tariçanu Azərbaycanın baş naziri Artur Rəsizadə, xarici işlər naziri Elmar Məmmədyarov və prezident İlham Əliyevlə görüşməyi planlaşdırır. Həmçinin, səfər çərçivəsində Rumıniya səfirliyinin yeni binasının rəsmi açılış mərasimi olacaq.

Xəbər lenti

Xəbər lenti