...

Azərbaycan prezidenti "Məhkəmə-hüquq Şurası haqqında" qanunun tətbiqi barədə fərman imzalayıb

Siyasət Materials 25 Oktyabr 2005 16:51 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 25-də "Azərbaycan Respublikasının məhkəmə-hüquq şurası haqqında" qanunun tətbiqi ilə bağlı AR-nın bəzi qanunvericilik aktlarına əlavə və diyişikliklərin edilməsi barədə" fərman imzalayıb. Bu barədə Trend məlumat verib.

Fərmana görə, Azərbaycan Nazirlər Kabinetinə qüvvədə olan qanunvericilik aktlarının yuxarıda göstərilən qanuna müvafiq uyğunlaşdırılması barədə təkliflərin hazırlanması və təqdim edilməsi tapşırılıb.

Hökumətin normativ-hüquqi aktların uyğunlaşdırılmasının təmin edilməsi icra hakimiyyətinin müvafiq mərkəzi orqanlarına tapşırılsın və bu barədə prezidentə məlumat verilsin.

Bu qanunverici aktdan irəli gələn digər məsələlər hökumətin səlahiyyətləri çərçivəsində həll edilsin.

"Normativ-hüquqi aktlar barədə" qanunda nəzərdə tutulan "icra hakimiyyətinin müvafiq orqanının səlahiyyətlərini" Azərbaycan Ədliyyə Nazirliyinin həyata keçirdiyi müəyyən edilib.

Xəbər lenti

Xəbər lenti