...

İntervyuerlər sorğudan razıdırlar

Siyasət Materials 6 Noyabr 2005 16:19 (UTC +04:00)

"Seçicilər "exit-pol"a böyük önəm verirlər, proses normal aparılır".Bu barədə Trend agentliyinə 29 saylı Səbael Dairə Seçki Komissiyasının 3 saylı məntəqəsində "exit-pol"u keçirən Mitofsky İnternational təşkilatının intervyuerləri bildiriblər.

İntervyuer Teymur Əzizov bildirib ki, proses hər beş seçicidən bir həyata keçirilir: "Heç bir problemlə üzləşməmişik. Hər şey qaydasındadır. Seçicilər "exit-pol"un nəticələrinə ümid bəsləyirlər". İntervyuer "exit-pol" qaydası ilə aparılan sorğuda neçə seçicinin iştirak etdiyi barədə dəqiq rəqəm deyə bilməyəcəyini, bunun səsvermə bitdikdən sonra açıqlanacağını bildirib.

17 saylı Yasamal Dairə Seçki Komissiyasının 15 və 16 saylı seçki məntəqələrində isə "exit-pol" hər yeddi seçicidən bir aparılır. İntervyuerlər bu seçki məntəqəsində də səsvermədən sonra aparılan prosesdən razılığını bildiriblər.

Xəbər lenti

Xəbər lenti