...

AR əmək və əhalinin sosial müdafiəsi nazirliyi Lənkəranda layihənin gerçəkləşdirilməsi üçün $370 min ayırıb

Siyasət Materials 19 Noyabr 2005 12:01 (UTC +04:00)

Əmək və əhalinin sosial müdafiəsi nazirliyi Lənkəranda sosial obyektin tikintisini başa çatdırır. Rayonun İcra hakimiyyətində Trend ə bildirilib ki, əlillər üçün reabilitasiya mərkəzinin tikintisi üzrə işlər son mərhələdədir.

"1,7 mlrd. manat ($370 min) smetalı 14 çarpayılıq sağlamlıq mərkəzi "Kurort Tikinti" ictimai birliyi tərəfindən tikilir. Hazırda ümumi işlər başa çatıb, kbməkçi otaqlar - qazanxana, hovuz, nasos stansiyası tikilib" -deyə İcra hakimiyyətində bildirilib.

İşlərin 2005-ci iltin sonunda başa çatdırılacağı planlaşdırılır. Bu işlər 2005-ci ilin iyunun 20-də başlanılmışdı.

Xəbər lenti

Xəbər lenti