...

Fövqəladə Seçki Komitəsi (FSK) fəaliyyətini dayandıracaq

Siyasət Materials 29 Noyabr 2005 12:26 (UTC +04:00)

"Fövqəladə Seçki Komitəsi (FSK) fəaliyyətini dayandıracaq". Bu barədə Trend ə FSK-nin sədri Sosial Ədalət Partiyasının lideri Mətləb Mütəllimli bildirib.

M.Mütəllimli onu da vurğulayıb ki, dekabrın 2-3-ü arası komitə üzvlərinin ümumi toplantısı keçiriləcək: "Seçkilərin nəticələrindən narazı qalan komitənin bir qrup üzvü Avropa Məhkəməsinə qədər müraciət edib. Bu müraciətlərin nəticələrini gözləməliyik. Bundan sonra isə seçkilərlə bağlı bir sıra araşdırmalarımız olacaq".

M.Mütəllimli qeyd edib ki, komitənin fəaliyyətinə nə vaxtsa xitam verəcəklər. Ancaq hələlik Konstitusiya Məhkəməsinin seçkilərin nəticələri ilə bağlı son qərarı verilmədiyindən iş davam etdirilir.

Xəbər lenti

Xəbər lenti