...

Dekabrın 26-29-da Bakıda Şarja günlərinin keçirilməsi planlaşdırılıb

Siyasət Materials 30 Noyabr 2005 14:01 (UTC +04:00)
Dekabrın 26-29-da Bakıda Şarja günlərinin keçirilməsi planlaşdırılıb

Dekabrın 26-29-da Azərbaycanda Birləşmiş Ərəb Əmirliklərinin Şarja əmirliyi günləri keçiriləcək. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycanın BƏƏ-dəki fövqəladə və səlahiyyətili səfiri Eldar Səlimov məlumat verib.

Onun sözlərinə görə, bu, Şarja əmirliyinin nümayəndə heyətinin Azərbaycana ilk səfəridir. Səfər çərçivəsində Şarja mədəniyyət günlərinin, həmçinin, hər iki ölkənin iş adamlarının iştirakı ilə investisiya imkanları və biznes mühitlə bağlı məsələlərin müzakirəyə çıxarılacağı biznes-forumun keçirilməsi planlaşdırılır. Səfirin sözlərinə görə, əmirliyin iş adamlarının Azərbaycanda iqtisadi mühitlə tanış olmaları məqsədilə bu günlərdə səfirlik Şarja əmirliyində "Azərbaycanda investisiya mühiti və biznes imkanları" mövzusunda konfrans keçirib. Konfransda iştirak etmiş əmirliyin Ticarət-Sənaye Palatası və işgüzar dairələrin nümayəndələrinə Azərbaycanın iqtisadiyyatı haqqında ətraflı məlumat verilib.

Xatırladaq ki, ölkə istehsalının 60%-nin payına düşdüyü Şarja əhəmiyyətinə görə BƏƏ-nin üçüncü əmirliyidir.

Xəbər lenti

Xəbər lenti