...

Lalə Şövkət mətbuat konfransı keçirib

Siyasət Materials 17 Yanvar 2006 16:50 (UTC +04:00)

"Əgər bu il təkrar parlament seçkisi uğrunda müxalifət birgə mübarizə aparmasa, 2008-ci ildə keçiriləcək prezident seçkisinə heç kəs ümid bəsləməsin". Trend in məlumatına görə, bu fikirləri jurnalistlərlə söhbətində "Milli Birlik" Hərəkatının lideri Lalə Şövkət bildirib.

Lalə Şövkət qeyd edib ki, yeni parlament seçkisi uğrunda mübarizə müxalifətin böyük müqavimət hərəkatına çevrilməlidir. Əks halda, müxalifəti heç bir gələcək perspektiv gözləmir. Lalə Şövkət vurğulayıb ki, Azərbaycan müxalifəti artıq illüziyalarla yaşamamalıdır.

"Azadlıq" bloku ilə bundan sonra müttəfiqliyinin davam edib-etməyəcəyinə münasibət bildirərkən Lalə Şövkət deyib ki, bunun üçün onların strateji məqsədləri eyni olmalıdır: "Mən istərdim ki, bizim birliyimiz qorunub saxlansın və eyni hədəflərimiz birgə mübarizəmizin arqumenti olsun. Əgər indiki parlamentə gedib-getməmək barədə bizim mövqelərimiz fərqli olsa, onda sözsüz ki, strateji məqsədlərimiz də eyni olmayacaq. Belə olan halda birgə mübarizə də güclü olmayacaq"-deyə Lalə Şövkət qeyd edib.

Xəbər lenti

Xəbər lenti