...

Bakıda Ukrayna-Azərbaycan Dostluq və Ticarət evləri açılacaq

Siyasət Materials 14 Mart 2006 18:27 (UTC +04:00)

Martın 15-də Bakıda Ukrayna-Azərbaycan Dostluq Evi və Ticarət Evi nümayəndəliklərinin təntənəli açılışı keçiriləcək. Bu barədə Trend ə Ukraynanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

"Ukrayna-Azərbaycan Dostluq Evi" beynəlxalq ictimai təşkilatının nümayəndəliyi və "Ukraznafta" Ticarət Evinin nümayəndəliyi Bakı şəhəri, İçərişəhər, Asəf Zeynallı küçəsi 11 və 12 saylı ünvanda yerləşəcək.

Nümayəndəliklərin açılışında Azərbaycan baş nazirinin birinci müavini Abbas Abbasov və bir sıra rəsmi şəxslərin, eləcə də iki ölkənin işgüzar dairələrinin nümayəndələri iştirak edəcəklər. Ukrayna hökumətini tədbirdə Milli Təhlükəsizlik Şurası katibinin müşaviri Aleksandr Diçek təmsil edəcək.

Tədbir saat 14.00-da Azərbaycanın eks-prezidenti H.Əliyevin abidəsi önünə əklil qoyulması ilə başlayacaq və nümayəndəliklərin açılışı ilə saat 16.00-a kimi davam edəcək.

Xəbər lenti

Xəbər lenti