...

Azərbaycan prezidenti regionda ən iri şəkər zavodunu açdı

Siyasət Materials 23 Mart 2006 12:55 (UTC +04:00)
Azərbaycan prezidenti regionda ən iri şəkər zavodunu açdı

Azərbaycan prezidenti İlham Əliyev martın 23-də İmişli rayonunda şəkər zavodunun açılışı mərasimində iştirak edib. Trend in məlumatına görə, bu Azərbaycanda və regionda ilk ən iri şəkər istehsalı zavodudur.

Dövlət başçısının qeyd etdiyi kimi, onun tikintisi və istismara verilməsi iqtisadiyyat sahəsində islahatların iti sürətlə getdiyini göstərir. Prezidentin sözlərinə görə, müəssisənin açılışı regionun iqtisadi inkişafına, eləcə də kənd təsərrüfatı sahəsində irəliləyişlərə səbəb olacaq.

İ.Əliyev bildirib ki, ölkənin şəkərə olan tələbatını tam ödəyəcək bu müəssisədə ən müasir avadanlıq quraşdırılıb. Əgər əvvəllər investisiyalar daha çox iqtisadiyyatın neft sektoruna qoyulurdusa, bu gün o, qeyri-neft sektoruna yönəldilir.

"Azərsun" Holdinqin prezidenti Abdülbari Gözəlin sözlərinə görə, 87 mln. dollar sərmayə qoyulan zavod sutkada 900 ton şəkər istehsal edəcək. Gələcəkdə istehsalın sutkada 1500 tona qədər genişləndirilməsi planlaşdırılır və bu məqsədlə $15 mln xərcləmək nəzərdə tutulub.

Hazırda müəssisədə 1500-ə yaxın adam işlə təmin olunub. Ümumilikdə isə xammal istehsalına 150 minə yaxın adam cəlb ediləcək.

Xəbər lenti

Xəbər lenti