...

Nizami Bəhmənov: "İyunda bölgəyə gələcək faktaraşdırıcı missiya Qarabağda nadir meşələrimizin qırılmasını araşdırmalıdır"

Siyasət Materials 24 Mart 2006 20:16 (UTC +04:00)
Nizami Bəhmənov: "İyunda bölgəyə gələcək faktaraşdırıcı missiya Qarabağda nadir meşələrimizin qırılmasını araşdırmalıdır"

Bu ilin iyun ayında ATƏT-in faktaraşdırıcı missiyasının girovlarla bağlı Qarabağ bölgəsinə gəlməsi gözlənilir. Bu barədə Trend ə Dağlıq Qarabağın Azərbaycan icmasının rəhbəri Nizami Bəhmənov məlumat verib. O, bildirib ki, faktaraşdırıcı missiya Qarabağda separtçıların bütün qanunsuz əməllərini, o cümlədən də meşə və qoruqların dağıdılması faktlarını araşdırmalıdır.

Nizami Bəhmənov deyib ki, erməni separatçıları Zəngilan rayonu ərazisindəki Bəsitçay Dövlət Təbiət Qoruğuna aid olan çinar meşələrini məhv edirlər. Onun sözlərinə görə, Azərbaycanın Ekologiya Nazirliyi artıq bu faktla bağlı beynəlxalq təşkilatlara müraciət edib: "Bu ilin iyun ayında faktaraşdırıcı missiyanın girovlarla bağlı olaraq bölgəyə səfəri gözlənilir. Onlar həm də Avropada nadir çinar ağaclarından ibarət olan meşənin ermənilər tərəfindən məhv edilməsi faktını yerində araşdırmalıdır. Bir müddət əvvəl faktaraşdırıcı missiya Qarabağda kənardan gətirilən erməni əhalisinin yerləşdirilməsi faktlarını araşdırıb və bunu təsdiqləyərək bu barədə məruzəni ATƏT-ə, həmin quruma üzv ölkələrə, Minsk qrupunun həmsədrlərinə təqdim edib. Ermənilərin heç bir beynəlxalq hüquq normalarına və beynəlxalq təşkilatların rəylərinə məhəl qoymamasına baxmayaraq bu faktın təsdiqi barədə məruzə Azərbaycanın xeyrinə olan sənəd idi. İndi də həmçinin Azərbaycanın dünya şöhrətli qoruq meşəsinin məhv edilməsi faktı təsdiqlənərsə, beynəl

xalq qurumların bu həqiqətlərin şahidi olması ölkəmizin xeyrinə olacaq"-deyə Nizami Bəhmənov vurğulayıb.

O, əlavə edib ki, ermənilər təkcə Zəngilanda deyil, Laçında da qırmızı palıd və digər nadir ağac növlərini kəsir, satır, meşələrimizi və digər təbii sərvətlərimizi talan edirlər.

Xəbər lenti

Xəbər lenti