...

Naxçıvan Muxtar Respublika əhalisinə 246 tibbi müəssisə səhiyyə xidməti göstərir

Siyasət Materials 28 Mart 2006 12:36 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikası əhalisinə ümumi çarpayı sayı 3 min 320 olmaqla, 246 tibb müəssisəsi səhiyyə xidməti göstərir. Həmin səhiyyə ocaqlarında 6208 nəfər çalışır. NMR Səhiyyə Nazirliyinin mətbuat xidmətindən "Trendə" bildiriblər ki, tibb işçilərinin 14 nəfəri elmlər namizədidir, 43 nəfəri isə Azərbaycan və NMR "Əməkdar həkimi" fəxri adı daşıyır. Muxtar Respublika mərkəzi xəstəxanasında çarpayıların sayı 650 -yə çatdırılıb. Bura yapon istehsalı olan 4 Bialin və1 kömpüter- tomoqraf aparatları verilib.

Əməliyyat bloku cərrahi alət dəstləri, avtoklav, narkoz aparatı, elektrokombilyatorla təmin olunub. Buzdağ fiziotrerapiya xəstəxanısının yeraltı hissəsində əsaslı təmirdən sonra yaxşı iş şəraiti yaradılıb. Xəstəxanaya xəstələrin rahat gediş-gəlişini təmin etmək üçün bir avtomobil ayrılıb. Göz xəstəlikləri xəstəxanası tibbi ehtiyac duyulan mikroskopla təmin edilib. Kardioloji dispanserə elektrokardioqrafiya, narkoloji dispanserə alkometr aparatı verilib. Kənqərli rayon xəstəxanası üçün ikimərtəbəli, 30 çarpayılıq obyekt inşa olunub. Muxtar Respbulika Səhiyyə Nazirliyinin və Muxtar Respublika Uşaq xəstəxanası binalarında əsasl təmiri və yenidənqurma işləri gedir. Bu il Şərur rayonunun mərkəzində də müasir tipli, üçmərtəbəli, 250 çarpayılıq xəstəxana binası tikilib istifadəə veriləcək.

Xəbər lenti

Xəbər lenti