...

İlin sonuna kimi Azərbaycan-Qazaxıstan hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək

Siyasət Materials 28 Mart 2006 15:22 (UTC +04:00)

Bu ilin ikinci yarısında iqtisadi əməkdaşlıq üzrə Azərbaycan -Qazaxıstan hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək.

Trend in məlumatına görə, qrafikə uyğun olaraq o, Qazaxıstanda keçirilməlidir. İclasın gedişində ikitərəfli əməkdaşlığın inkişafı perspektivləri ilə yanaşı sonralar imzalanacaq bir çox sahələr üzrə əməkdaşlığın inkişafı üzrə ikitərəfli sənədlərin siyahısı müəyyən ediləcək.

Tərəflər həmçinin, iki ölkə arasında mal dövriyyəsinin artırılması məsələsini nəzərdən keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti