...

MDB PA-nın daimi komissiyasının iclası başa çatıb

Siyasət Materials 29 Mart 2006 16:22 (UTC +04:00)

MDB Parlamentlərarası Assambleyasının (PA) sosial siyasət və insan hüquqları daimi komissiyasının Kişinyovda keçirilən iclası martın 29-da başa çatıb. Bu barədə Trend ə Azərbaycan Milli Məclisinin MDB PA-dakı nümayəndəsi Aydın Cəfərov bildirib.

Qeyd edək ki, iclasa MDB PA-nın adıçəkilən komissiyasının sədri, Milli Məclisin regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə sədrlik edib.

A.Cəfərov bildirib ki, iclasda MDB iştirakçısı olan dövlətlərdə miqrasiya proseslərinin tənzimlənməsi, qeyri-qanuni miqrasiyanın qarşısınının alınması sahəsində əməkdaşlıq, komissiyanın təşəbbüsü ilə assambleyanın qəbul etdiyi model qanunlardan istifadə olunması, insan ticarəti və bio tibbi təhqiqatlarla bağlı ümumilikdə 12 məsələ müzakirə olunub.

İclasda 7 dövlətin deputatlarının iştirak etdiyini deyən A.Cəfərov Gürcüstan və Ermənistan parlamentarilərinin tədbirə qatılmadığını söyləyib. Onu da bildirib ki, Moldova parlamentinin sədri Marian Lupu iclasda çıxış edib.

Xəbər lenti

Xəbər lenti