...

119 saylı dairə iki nəfərin namizədliyini ləğv etdirib

Siyasət Materials 31 Mart 2006 17:46 (UTC +04:00)

119 saylı Ağdam kənd dairə seçki komissiyası təkrar parlament seçkisində iştirak edən bir namizədə xəbərdarlıq edib. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

Qeyd edək ki, həmin namizəd qanunu pozaraq maddi təminat yolu ilə seçiciləri ələ almağa çalışıb. 119 saylı DSK namizədə belə hərəkətlərə son qoymasına dair xəbərdarlıq edib. 9 saylı Binəqədi ikinci seçki dairəsi isə iki nəfərin namizədliyinin ləğv olunması barədə Apellyasiya Məhkəməsinə mücaciət edib. Apellyasiya Məhkəməsi 9 saylı DSK-nın şikayətini təmin edərək həmin şəxslərin namizədliyinin ləğv olunması barədə qərar çıxarıb.

Xəbər lenti

Xəbər lenti