...

Mayın 10-da dənizkənarı Milli Parkda Gül bayramı qeyd olunacaq

Siyasət Materials 5 May 2006 12:52 (UTC +04:00)

Bu il də ənənəvi olaraq mayın 10-da Bakının dənizkənarı Milli Parkında Azərbaycanın eks-prezidenti Heydər Əliyevin ad günü münasibəti ilə Gül bayramı keçiriləcək. Bu barədə Trend ə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Bayramın rəsmi açılışı saat 14.00-da Milli Parkın ərazisində yerləşən Bakı Biznes Mərkəzinin binasında olacaq.

Milli Parkın Azneft meydanından Paraşüt qülləsinədək ərazisində Gül bayramı ilə əlaqədar ekspozisiyalar nümayiş etdiriləcək. Bayramda gülləri təsvir edən stendlər, asfalt üzərində rəsm əsərləri, nadir quşlardan ibarət canlı guşə yaradılacaq, dibçək gülləri, müxtəlif tikmələr nümayiş etdiriləcək. Azərbaycan rəssamlarının gül mövzusunda əsərlərindən ibarət rəsm sərgisi Bakı Biznes Mərkəzində tamaşaçılara təqdim olunacaq.

Gül bayramında diplomatik kopusun, xarici və yerli şirkətlərin nümayəndələri də iştirak edəcəklər. Saat 18.00-dan 19.00-dək Gül paradı keçiriləcək. Milli Parkda saat 11.00-da özfəaliyyət kollektivlərinin çıxışları başlayacaq, saat 13.00-dan 17.00-dək isə baxış-müsabiqə keçiriləcək. Axşam saat 21.00-da incəsənət ustalarının konserti olacaq. Saat 23.00-da Gül bayramı
möhtəşəm atəşfəşanlıqla başa çatacaq.

Xəbər lenti

Xəbər lenti