...

Sumqayıt, Gəncə, Binəqədi və Suraxanıda seçkinin nəticələri elektron tablo ilə açıq havada yayımlanacaq

Siyasət Materials 5 May 2006 19:10 (UTC +04:00)

"Seçkilər" İnformasiya Mərkəzinin təkrar parlament seçkilərinin keçiriləcəyi 4 ərazidə yerli bölmələr yaradılacaq və onlar açıq havada fəaliyyət göstərəcək. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasının "Seçkilər" İnformasiya Mərkəzinin direktoru İqbal Babayev eksklüziv açıqlama verib. O, bildirib ki, Sumqayıt və Gəncə şəhərlərində, Bakının Binəqədi və Suraxanı rayonlarında bu ərazilər üzrə informasiya mərkəzləri yaradılacaq. Yerli bölmələr seçki günü "Seçkilər" İnformasiya Mərkəzi ilə eyni şəkildə işləyəcək, bu rayonların məntəqləri üzrə məlumatları elektron tablo vasitəsilə ictimaiyyətə təqdim edəcəklər.

"Dörd yerli mərkəzin hər biri açıq hava şəraitində fəaliyyət göstərəcək. Məsələn, Binəqədi rayonundakı Heydər Əliyev parkında tablo qoyulacaq və orada bu rayon üzrə seçkinin nəticələri barədə məlumatlar bütün gün ərzində öz əksini tapacaq. Digər dairələr üzrə seçkinin nəticələri barədə isə "Seçkilər" İnformasiya Mərkəzinin Bakıdakı mərkəzi ofisi tərəfindən məlumatlar yayılacaq. Bu, bir pilot variantdır və ilk dəfədir ki, tətbiq olunur. Səsvermə başa çatdıqdan sonra hər bir kəs parka gedib seçkinin nəticələrinə dair məlumatları öz gözləri ilə görə bilər".

İqbal Babayev bildirib ki, parkda qoyulan tabloya hər yarım saatdan bir yeni məlumatlar daxil olacaq. Həm də tablo fasiləsiz işləyəcək və 24 saat ərzində aktiv olacaq.

Xəbər lenti

Xəbər lenti