...

Azərbaycan prezidenti Rusiyanın insan hüquqları üzrə müvəkkilini qəbul edib

Siyasət Materials 8 May 2006 17:05 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, mayın 8-də Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın insan hüquqları üzrə müvəkkili Vladimir Lukini qəbul edib.

Söhbət zamanı dövlət başçısı Azərbaycan və RF-nin müxtəlif qurumları arasında əlaqələrin, o cümlədən hər iki ölkə ombudsmanı arasında əməkdaşlığın inkişaf səviyyəsindən məmnunluğunu bildirib.

İlham Əliyev ümidvar olduğunu bildirib ki, V.Lukinin Azərbaycana bu səfəri hər iki ölkə arasında əlaqələrin bundan sonra da genişləndirilməsinə yeni təkan verəcək.

Öz növbəsində, V.Lukin Azərbaycan tərəfi ilə əlaqələrin inkişafını davam etdirməyə hazır olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti