...

AŞPA-nın Cənubi Qafqaz üzrə mədəni irsin araşdırılması missiyasının rəhbəri O`Haranın regiona səfəri təxirə salınıb

Siyasət Materials 23 May 2006 15:54 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Böyük Britaniyadan olan deputatı, Cənubi Qafqaz üzrə mədəni irsin araşdırılması missiyasının rəhbəri O`Haranın mayın 28-də regiona səfəri təxirə salınıb. Trend xəbər verir ki, O`Haranın regiona növbəti səfərinin tarixi hələ müəyyənləşdirilməyib.

Qeyd edək ki, O`Haranın rəhbərlik etdiyi missiyanın regiona səfərinin məqsədi Ermənistan, Azərbaycan və Gürcüstanda mədəni irslə bağlı tədqiqatlar aparmaqdır.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva qeyd edib ki,

O`Hara mütləq regiona səfər edəcək. Sadəcə olaraq səfərin tarixi başqa vaxta keçirilib.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti rəhbərinin müavini Gültəkin Hacıyeva isə O`Haranın regiona səfərinin təxirə salınması ilə bağlı məlumatsız olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti