...

MSƏM Sədrlər Şurasının növbəti toplantısı keçirilib

Siyasət Materials 24 May 2006 15:15 (UTC +04:00)

Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzi (MSƏM) Sədrlər Şurasının növbəti toplantısı keçirilib. Bu barədə Trend ə MSƏM-in təsisçilərindən olan Azərbaycan Milli İstiqlal Partiyası sədrinin əvəzi Ayaz Rüstəmov bildirib.

Toplantıda Azərbaycandakı ictimai-siyasi vəziyyət, Güney Azərbaycanda soydaşlarımızın repressiyaya məruz qalması, Fransa senatında qondarma erməni soyqırımını tanımayan Fransa vətəndaşlarına bir illik cəzanın tətbiq edilməsi, jurnalistlərə qarşı zorakılıq hadisələri və 28 may Azərbaycanın müstəqilliyinin 15 liiyi ilə bağlı mərkəzin tədbirlər planı müzakirə olunub.

A.Rüstəmov bildirib ki, Güney Azərbaycanda soydaşlarımızın repressiyaya məruz qalması ilə bağlı MSƏM tərəfindən beynəlxalq təşkilatlara müracit olunub: "Müraciətdə bu məsələni diqqətdə saxlamaları və İranda insan haqlarının qorunması ilə bağlı rəsmi Tehrana təsir göstərmələri bildirilib". AMİP rəsmisi onu da qeyd edib ki, Fransa senatında qondarma erməni soyqırımını tanımayan Fransa vətəndaşlarına bir illik cəzanın tətbiq edilməsi ilə bağlı isə bəyanat qəbul olunub: "Bəyanatda rəsmi Parisin bu məsələni gündəmə gətirməsi pislənilib və sənəd Fransanın Azərbaycandakı səfirliyinə təqdim olunacaq".

Onu da bildirək ki, MSƏM-də Ümid, AMİP, Tərəqqi, AMDP və Milli Dirçəliş Hərəkatı təmsil olunur.

Xəbər lenti

Xəbər lenti