...

Elmar Məmmədyarov BMT-nin Qadınlar üçün İnkişaf Fondunun icraçı direktoru xanım Noelin Heyzeri qəbul edib

Siyasət Materials 24 May 2006 20:32 (UTC +04:00)

Mayın 24-də Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Qadınlar üçün İnkişaf Fondunun (UNİFEM) icraçı direktoru xanım Noelin Heyzerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Trend Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Görüş zamanı gender bərabərliyi, qadınların ölkənin ictimai-siyasi və iqtisadi həyatında daha fəal iştirakı, qadınların sosial rifahının yüksəldilməsi, eləcə də yoxsulluğun azaldılması strategiyasına gender aspektlərinin daxil edilməsi və sair məsələlərdə UNİFEM-lə əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.

Sonra nazir Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi və nəticədə yaranmış 1 milyona qədər qaçqın və məcburi köçkünlər sırasında qadın və uşaqların üzləşdiyi sosial problemlər, hazırkı sülh prosesi barədə danışıb.

Qonaq öz növbəsində qaçqın düşərgələrini ziyarət edəcəyini, onların üzləşdiyi problemlər ilə yaxından tanış olacağını bildirib.

Xəbər lenti

Xəbər lenti