...

Ayaz Rüstəmov: "AMİP-in növbəti qurultayı ya iyunun 4-də, yaxud11-də keçiriləcək"

Siyasət Materials 25 May 2006 12:47 (UTC +04:00)

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) növbəti qurultayı iyunun 11-dək keçiriləcək. Bu barədə Trend ə AMİP sədrinin əvəzi, partiyanın Mərkəzi Şurasının sədri Ayaz Rüstəmov bildirib.

Qeyd edək ki, AMİP növbəti qurultayını iyunun 7-ə planlaşdırmışdı. Lakin bir sıra texniki məsələlər həll olunmadığı və mayın 13-də parlamentə keçirilən təkrar seçkilər nəzərə alınaraq qurultayın vaxtı mayın 21-ə dəyişdirildi. Lakin AMİP tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə edilən müraciətə gec cavab verildiyinə görə qurultay növbəti dəfə təxirə salındı.

A.Rüstəmov bildirib ki, onları qurultayı paytaxtın möhtəşəm saraylarından birində keçirmək niyyətindədir: "Dövlətin tabeçiliyində olan mədəniyyət saraylarına etdiymiz müraciətlərə müxtəlif səbəblərdən gec cavab verilir. Fikrimiz var ki, özəl ünvanlarla əlaqə saxlayıb qurultayımızı oralarda keçirək". A.Rüstəmov onu da vurğulayıb ki, artıq bir neçə otellə danışıqlar aparılırmaqdadır. AMİP sədrinin əvəzi onu da bildirib ki, yer məsələsi həll olunarsa, qurultay iyunun 4-də, ən geci isə 11-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti