...

Ceyson Haylənd: ATƏT-in Minsk qrupunun yeni amerikalı həmsədri regionla yaxından tanışdır

Siyasət Materials 19 İyun 2006 19:02 (UTC +04:00)
Ceyson Haylənd: ATƏT-in Minsk qrupunun yeni amerikalı həmsədri regionla yaxından tanışdır

ATƏT-in Minsk qrupunun yeni həmsədri Metyu Brayza regionla tanışdır. Trend xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Ceyson Haylənd məlumat verib.

Cənab Haylənd əmin olduğunu bildirib ki, cənab Brayzanın təcrübəsi və biliyi Minsk qrupundakı fəaliyyətinə müsbət töhfəsini verəcək.

"Biz çox şadıq ki, ABŞ-ı ATƏT-in Minsk qrupunda Metyu Brayza təmsil edəcək. Cənab Brayza bu sahədə istedadı olan diplomatlardan sayılır. Əminəm ki, onun təcrübəsindən və biliyindən irəli gələn müsbət töhfələr əldə olunacaq" - deyə Ceyson Haylənd vurğulayıb.

Müvəqqəti işlər vəkili həmçinin keçmiş amerikalı həmsədr Stiven Mənnin də ötən bir neçə il ərzindəki fəaliyyətinə toxunub. O qeyd edib ki, cənab Mənn həmsədr olduğu müddətdə vəzifəsinin öhdəsindən layiqincə gəlib və bunun da özünəməxsus nəticələri olub.

Xəbər lenti

Xəbər lenti