...

DAK qurultayının iştirakçıları İranın İsveçdəki səfirliyi qarşısında mitinq keçirəcək

Siyasət Materials 23 İyun 2006 11:39 (UTC +04:00)

M.R.Xeştinin rəhbərlik etdiyi Dünya Azərbaycanlıları Konqresinin (DAK) Stokholmda keçiriləcək qurultayının ertəsi günü - iyunun 25-də İranın İsveçdəki səfirliyi qarşısında mitinq keçiriləcək. Bu barədə Trend ə DAK-ın Stokholm nümayəndəsi Teymur Eminbəyli məlumat verib.

O bildirib ki, DAK-ın IX qurultayı iyunun 24-də öz işinə başlayacaq. Qurultay Skandic otellərindən birinin konsert zalında keçiriləcək. Toplantıda təşkilati məsələlər, Güney Azərbaycanda baş vermiş son olaylar, Azərbaycan Respublikasında insan haqları və demokratiyanın durumu, Qarabağ məsələsi, həmçinin, ölkədən kənarda yaşayan azərbaycanlıların problemləri müzakirə olunacaq. Qurultay iki gün davam edəcək. Qurultayın ikinci günü saat 15.00-dan 16.00-dək Stokholmdakı İran səfirliyinin qarşısında mitinq keçiriləcək. İsveç qanunlarına əsasən, aksiya ilə bağlı polisə məlumat verilib və müsbət cavab alınıb. Mitinqin sonunda qurultayın qətnaməsi İran səfirliyinə təqdim olunacaq.

Qurultaydan sonra yeni seçilmiş rəhbərlik beynəlxalq təşkilatların məsul şəxsləri ilə görüşmək üçün Brüsselə yola düşəcək. Həmçinin, İsveçin hakimiyyət nümayəndələri ilə də görüşlər nəzərdə tutulub. Görüşlərdə Azərbaycan problemləri müzakirə ediləcək.

Xəbər lenti

Xəbər lenti