...

Azərbaycan "Şahdəniz" layihəsinin "İkinci mərhələ"sinin reallaşmasını tezləşdirməyin tərəfdarıdır

Siyasət Materials 27 İyun 2006 17:45 (UTC +04:00)
Azərbaycan "Şahdəniz" layihəsinin "İkinci mərhələ"sinin reallaşmasını tezləşdirməyin tərəfdarıdır

Azərbaycanın Sənaye və Energetika Nazirliyi "Şahdəniz" qaz-kondensant yatağının işlənməsi üzrə layihənin "İkinci mərhələ"sinin reallaşmasını tezləşdirməyin tərəfdarıdır. Trend in verdiyi xəbərə görə, bu gün sənaye və energetika naziri Natiq Əliyev deyib ki, "Şahdəniz" layihəsi üzrə partnyorlarla "İkinci mərhələ"nin reallaşmasının 2010-cu ilə qədər başlanması haqqında müzakirələr aparılır.

"Əvvəl BP şirkəti (layihənin operatoru) bildirmişdi ki, "İkinci mərhələ"nin 2012-ci ildə başlanması ehtimal olunur. Layihənin kommersiya operatoru - Statoil 2010-12 -ci illər arasındakı vaxtı, ARDNŞ isə 2010-cu ili nəzərdə tutmuşdu. Hazırda məhz 2010-cu il fəal surətdə müzakirə olunur", - deyə Natiq Əliyev bildirib.

Onun sözlərinə görə, "İkinci mərhələ"nin reallaşmasının tezləşdirilməsi ildə 8 mlrd. kub metr qaz əldə etməyə imkan verəcək. "İkinci mərhələ"nin tezləşdirilməsi "Birinci mərhələ" çərçivəsində qazıntıların tezləşdirilməsi hesabına mümkündür", - deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti