...

Eldar Namazov: ""Yeni Siyasət" blok kimi bələdiyyə seçkilərində iştirak etməyəcək"

Siyasət Materials 29 İyun 2006 17:08 (UTC +04:00)

"Yeni Siyasət" Siyasi Bloku bələdiyyə seçkilərində iştirak etməyəcək. Bu barədə Trend ə blokun həmtəsisçisi Eldar Namazov məlumat verib.

O, bildirib ki, "Yeni Siyasət"in siyasi bloka transformasiyası prosesinə hazırlıq gedir və bu iş payız aylarında başa çatdırılacaq. Bələdiyyə seçkilərinə isə artıq start verilib. Buna görə də "Yeni Siyasət" blok kimi seçkilərdə iştirak etməyəcək. E.Namazovun sözlərinə görə, blokda təmsil olunan şəxslər ayrı-ayrılıqda da bu seçkidə iştirak etməyəcəklər. Amma o, blok üzvlərinin qarşısında hər hansı bir qadağa və tələb qoyulmadığını deyib: "Yəni, blokda kim istəsə bələdiyyə seçkisində namizədliyini verə bilər. Koordinasiya Şurasının seçkilərlə bağlı hər hansı bir qərarı yoxdur. Ona görə də blok üzvləri bu məsələdə sərbəstdirlər".

E.Namazov onu da deyib ki, "Yeni Siyasət" siyasi blokun formalaşdırılması ilə bağlı işçi qrupu fəaliyyət göstərir və mütəmadi olaraq toplantılar keçirilir. İşçi qrupuna sentyabr ayına qədər hazırlıq işlərini və sənədlərin hazırlanmasını başa çatdırmaq tapşırığı verilib.

Xəbər lenti

Xəbər lenti