...

RF XİN-in rəsmi nümayəndəsi bildirib ki, Rusiya və Azərbaycan arasında münasibətlər son dərəcə müsbət inkişaf edir

Siyasət Materials 20 Oktyabr 2006 18:45 (UTC +04:00)

Trend-i buradan izləyin

Rusiya və Azərbaycan arasında münasibətlər son dərəcə müsbət şəkildə inkişaf edir və ikitərəfli münasibətlərdə heç bir problem yoxdur. Trend Lider telekanalına istinadən xəbər verir ki, bu barədə oktyabrın 20-də Bakıda Rusiya XİN-in mətbuat və informasiya departamentinin rəhbəri Mixail Kamınin məlumat verib.

O bildirib ki, Bakıda Rusiya və Azərbaycan XİN mətbuat departamentlərinin nümayəndələri arasında məsləhətləşmələrin ikinci raundu keçirilib. "Biz XİN-dəki bölmələrimizin necə işlədiyindən danışdıq. Təcrübə mübadiləsi etdik və razılığa gəldik ki, yaxın vaxtlarda Moskvada məsləhətləşmələrin növbəti raundu keçirilsin və biz işi davam etdirək", - deyə M.Kamınin yekunlaşdırıb.

Xəbər lenti

Xəbər lenti