...

ATƏT-in fəaliyyətdə olan sədri: Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesində "ölü nöqtədən irəliləmə hiss olunur"

Siyasət Materials 4 Dekabr 2006 15:50 (UTC +04:00)
ATƏT-in fəaliyyətdə olan sədri: Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesində "ölü nöqtədən irəliləmə hiss olunur"

"Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesində "ölü nöqtədən irəliləmə hiss olunur, lakin Dağlıq Qarabağ münaqişəsinin Brüsseldə həll olunacağını gözləmək axmaqlıq olardı". Trend xəbər verir ki, bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Belçikanın xarici işlər naziri Karel De Quxt dekabrın 4-də Brüsseldə keçirilən ATƏT ölkələrinin Xarici işlər nazirləri şurasının iki günlük toplantısında bildirib.

ATƏT-in 56 üzv-ölkəsinin xarici işlər nazirlərinin iştirak etdiyi toplantı "dondurulmuş münaqişələr"ə, eləcə də ATƏT-in fəaliyyətinin gələcək səmərəliliyinə həsr olunub.

Nazir qeyd edib ki, Belçika üç istiqamətdə - siyasi-hərbi, iqtisadi-ekoloji və humanitar istiqamətdə balansa nail olmaq istəyir. Karel De Quxt yüngül silah sahəsində tərəqqinin əldə olunduğunu qeyd edib.

Xəbər lenti

Xəbər lenti