...

Gəncədə hepatit A virusunun yayılmasının qarşısın almaq məqsədi ilə komisiya yaradılıb

Siyasət Materials 20 Dekabr 2006 16:50 (UTC +04:00)

Bu gün Gəncə şəhər İcra Hakimiyyətinin binasında hepatit A virusunun yayılması ilə bağlı tədbir keçirilib. Trendin verdiyi məlumata görə, tədbirdə şəhər orta məktəblərinin direktorları, Təhsil İdarəsinin əməkdaşları və Sanitar və Epidemiologiya Mərkəzinin nümayəndələri iştirak edib.

Tədbiri açan İcra Hakimiyyəti başçısının müavini Rövşən Sadıqov bildirib ki, bu ilin 11 ayı ərzində rəsmi olaraq 97 nəfərin bu xəstəliyə tutulması faktı qeydə alınıb. Onlardan 47-si orta məktəb şagirdidir. Bu göstəriciyə görə müavin narahatçılığa çox da əsas olmadığını qeyd etdi.

Sanitar və Epidemiologiya Mərkəzinin dirktor müavini Hüriyyət İsmayılova bildirdi ki, ota məktəblərdə sanitar və gigiyena qaydalarına əməl olunmalıdır. "Bir neçə orta məktəbdə sanitar normalara cavab verməyən bufetlər bağlanılıb. Digərlərində də yoxlama işləri aparılır. Məktəb direktorları bufetlərdə xəstəliyi yaya biləcək məhsulların satılmasının qarşısını almalıdırlar".

Tədbirin sonunda şəhər İcra Hakimiyəti, Təhsil İdarəsi və Sanitar Epidemiologiya Mərkəzinin nümayəndələrinin iştirakı ilə xüsusi komissiya yaradılıb. Komissiya orta məktəblərdə reydlər keçirəcək. Bufetləri və sanitar qovşaqları normal səviyyədə olmayan məktəblər haqqında tədbir görüləcək.

Xəbər lenti

Xəbər lenti