...

Deputat Siyavuş Novruzov: İki övladı olan vətəndaşlar hərbi xidmətdən azad edilməlidir

Siyasət Materials 22 Dekabr 2006 15:01 (UTC +04:00)

İki övladı olan vətəndaşlar hərbi xidmətdən azad edilməlidir. Trend in xəbərinə görə, bu təkliflə Azərbaycan Respublikası Milli Məclisinin dekabrın 22-də keçirilən iclasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov çıxış edib.

Millət vəkilinin fikrincə, iki uşağı olan vətəndaşların hərbi xidmətə çağırılması onun ailəsi üçün əlavə problemlər yaradır. "Burada əlyəşənlərin əksəriyyətinin iki övladı var. İki uşağı saxlamaq asan məsələ deyil. İki uşağı olan vətəndaşları hərbi xidmətə çağıranda onların ailələri ciddi problemlərlə üzləşir. Belə şəxslər hərbi xidmətə çağırılanda onların uşaqlarının necə böyüyəcəyi qaranlıq qalır və həmin uşaqların vətənə layiq övlad kimi böyütməsi sual altına düşür" - deyə S.Novruzovu söyləyib.

S.Novruzov həmçinin vurğulayıb ki, xarici dövlətlərdə hərbi xidmətə getmək istəməyən vətəndaşların problemini həll etmək üçün istifadə olunan praktika var. Həmin vətəndaşlar hərbi xidmətə getməsələr də, ordunun saxlanması üçün müəyyən məbləğ ödəyirlər.

"Belə şəxslər 100-150 min dollar ödəsinlər və bir ay xidmət etdikdən sonra hara istəsələr, çıxıb getsinlər. Həmin vəsait də ordunun inqkişafıına xərclənsin. Turkiyə bu praktikadan istifadə edir. Gürcüstan da yaxın günlərdə bu sistemə keçəcək. Problemin birdəfəlik həlli üçün Azərbaycan da bu sistemdən istifadə etməlidir" - Siyavuş Novruzov qeyd edib.

Bu təklifə münasibət bildirən spiker Oqtay Əsədov qeyd edib ki, istənilən şəxs vaxtında hərbi xidmətdə olmalıdır. "Biz gözləməməliyik ki, vətəndaşın 3 uşağı olsun, sonra onu hərbi xidmətə çağıraq" - deyə O.Əsədov bildirib.

Xəbər lenti

Xəbər lenti