...

Milli Məclis dünya azərbaycanlılarına müraciət qəbul edib

Siyasət Materials 29 Dekabr 2006 17:12 (UTC +04:00)

Milli Məclisin dekabrın 29-da keçirilən iclasında 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə soydaşlarımıza müraciət qəbul edib. Trend in məlumatına görə, müraciətdə bildirilir ki, tarix boyu milli birlik, mənəvi bütövləşmə arzusunda olmuş azərbaycalılar 15 ildir həmrəylik gününü əziz bayram kimi qeyd edirlər.

"15 il öncə ümümmilli lider Heydər Əliyevin təşəbbüsü ilə xalqımızın söz, əqidə və əməl birliyinin yaradılmasına təkan verilib. Dövlət müstəqiliyimizlə yaşıd olan bu prosesin başlanğıcı xalqımızın tarixi müqəddəratında köklü dəyişikliklərin baş verdiyi bir dövrə təsadüf edir."

Müraciətdə o da qeyd edilir ki, prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası bu gün Cənubi Qafqazın lider dövlətinə və dünya azərbaycanlılarının qürür yerinə çevrilib.

"Tarixin gedişi və taleyin qisməti ilə dünyanın müxtəlif ölkələrinə səpələnmiş 10 milyonlarla soydaşımız milli birliyə və həmrəyliyə nail olmağın zəruriliyini indi daha aydın dərk edir. Onlar yaxşı başa düşürlər ki, qüdrətli v ə böyük Azərbaycan milli və mənəvi bütövlüyün möhkəm təməli üzərində uculmalıdır."

Xəbər lenti

Xəbər lenti