...

Səfir – İran prezidenti 2007-ci ildə Azərbaycana rəsmi səfər edəcək

Siyasət Materials 29 Dekabr 2006 17:16 (UTC +04:00)
Səfir – İran prezidenti 2007-ci ildə Azərbaycana rəsmi səfər edəcək

İran prezidenti Mahmud Əhmədinecat 2007-ci ildə Azərbaycana rəsmi səfər edəcək. Trend xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Əfşar Süleymani dekabrın 29-da keçirilən mətbuat konfransında bildirib.

Səfir qeyd edib ki, İran prezidenti son 2 ildə Azərbaycanda iki dəfə işgüzar səfərdə olub - Naxçıvanda qaz-trubin stansiyasının açılışnda və ECO sammitində. Səfir deyib: "Azərbaycan prezidenti onu Azərbaycana rəsmi səfərə dəvət edib və ümid edirəm ki, bu səfər bu il baş tutacaq".

Diplomatın sözlərinə görə, gələn il İranın yüksək vəzifəli şəxslərinin Azərbaycana bir sıra səfərləri gözlənilir, əsasən parlament spikeri, nəqliyyat, təhsil nazirləri və başqaları, Azərbaycandan isə gələn il xarici işlər və səhiyyə nazirləri İrana səfər edəcək.

Xəbər lenti

Xəbər lenti