...

AMİP gələn həftədən İran səfirliyi qarşısında etiraz aksiyalarına başlayacaq

Siyasət Materials 5 Fevral 2007 15:05 (UTC +04:00)

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) gələn həftədən İran İslam Respublikasının Bakıdakı səfirliyinin qarşısında etiraz aksiyalarına başlayacaq. Bu barədə Trend ə partiyanın sədri Ayaz Rüstəmov məlumat verib.

O bildirib ki, pariyanın Siyasi Şurasının toplantısında Güney Azərbaycanda gedən milli hərəkat müzakirə olunub. Güneyli soydaşlarımıza hakimiyyət tərəfindən həyata keçirilən repressiyalara etiraz olaraq İranın Azərbaycandakı səfirliyi qarşısında piketlər təşkil olunmasına qərar verilib. Sabah - fevralın 6-da piketlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müraciət olunacaq.

Xəbər lenti

Xəbər lenti