...

Nazir: Ümumdünya Səhiyyə Təşkilatı "quş qripi" ilə mübarizə sahəsində Azərbaycanda aparılan işləri müsbət qiymətləndirib

Siyasət Materials 7 Fevral 2007 20:29 (UTC +04:00)
Nazir: Ümumdünya Səhiyyə Təşkilatı "quş qripi" ilə mübarizə sahəsində Azərbaycanda aparılan işləri müsbət qiymətləndirib

Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev Trend ə bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "quş qripi" ilə mübarizə sahəsində Azərbaycanda aparılan işləri müsbət qiymətləndirib.

Onun sözlərinə görə, təşklat tərəfindən Azərbaycanın bu mənada başqa ölkələr üçün nümunə ola biləcəyi dəfələrlə qeyd olunub.

Nazir qeyd edib: "Lakin ÜST qeyd edir ki, "quş qripi" ilə mübarizə yalnız Səhiyyə Nazirliyinin işi deyil, müvafiq dövlət orqanlarının da işidir. Burada bütün qüvvələri birləşdirmək lazımdır, yalnız bu halda müsbət nəticələr əldə edilə bilər".

ÜST bu məsələnin həll edilməsində Azərbaycana fəal şəkildə yardım edir. Nazir bildirib: "Quş qripi"nə qarşı mübarizə çərçivəsində 300 təlimatçı hazırlanıb, yeni texnologiyaların tətbiq edilməsi, islahatlar aparılması və s. işlərdə kömək göstərilib".

Xəbər lenti

Xəbər lenti