...

Martın əvvəlində Azərbaycan və Ermənistan dövlət başçılarının növbəti görüşü keçiriləcək

Siyasət Materials 12 Fevral 2007 20:37 (UTC +04:00)
Martın əvvəlində Azərbaycan və Ermənistan dövlət başçılarının növbəti görüşü keçiriləcək

Martın əvvəlində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü keçiriləcək. Trend ə əsasən bu barədə bu gün jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bəyan edib.

Onun sözlərinə görə, o, bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri ilə danışıqlar aparıb və onlar görüşün vaxtı və yeri ilə bağlı öz təkliflərini irəli sürüb.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvadakı son görüşünü şərh edərkən E. Məmmədyarov bildirib ki, tərəflər bu görüşə böyük ümid bəsləyirdi, lakin təəssüf olsun ki, o özünü doğrultmadı. "Problemlər detalların müzakirəsi zamanı meydana çıxır", deyə o, qeyd edib.

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayzanın Ermənistanda parlament seçkilərindən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində impulsun yaranma mümkünlüyü barədə bəyanatına gəlincə, XİN rəhbəri bu bəyanata görə şad olduğunu və ona ümid etdiyini bildirib.

Bütün vacib elementlərin razılaşdırılmasında Amerika və Rusiya arasında fikir ayrılığının olmasına gəlincə, nazir qeyd edib ki, Moskvadakı görüşdə və regiona sonuncu səfəri zamanı həmsədrlər vahid mövqe ilə çıxış edib və yalnız növbəti görüşdən sonra bu məsələ ilə bağlı daha dəqiq danışmaq mümkün olacaq.

O, qeyd edib ki, Moskva və Vaşinqton Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasında maraqlıdır. "Onlar müvafiq inkişaf üçün yeni təkliflər irəli sürür və tərəflərin mövqelərinin yaxınlaşması üçün dəstək göstərirlər. Onlar münaqişənin tezliklə sülh yolu ilə həllinin region üçün nə qədər vacib olduğunu başa düşürlər", E. Məmmədyarov deyib.

Xəbər lenti

Xəbər lenti