...

Milli Məclisin deputatları Berlində keçiriləcək yürüş-mitinqdə iştirak edəcəklər

Siyasət Materials 19 Fevral 2007 11:57 (UTC +04:00)

Milli Məclisin deputatları Elton Məmmədov, Fəttah Heydərov, Əkrəm Abdullayev, Aydın Abbasov və Fuad Muradov Almaniyadakı "Azərbaycan evi" nin dəvəti ilə fevralın 19-dan 28-dək Berlində səfərdə olacaqlar. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Səfər müddətində deputatlar Dağlıq Qarabağ probleminin mahiyyətini Bundestaq üzvlərinə, Almaniya ziyalılarına və bu ölkənin ictimaiyyətinə çatdırılması məqsədilə onlarla görüşlər keçirəcək, Berlin şəhərinin mərkəzində Azərbaycan səfirliyi ilə birgə təşkil olunmuş yürüş-mitinqdə iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti