...

May ayında ADP-nin qurultayı keçiriləcək

Siyasət Materials 19 Fevral 2007 19:25 (UTC +04:00)

May ayında Azərbaycan Demokrat Partiyasının 9-cu qurultayı keçiriləcək. Trend in məlumatına görə, bu barədə fevralın 19-da partiya qərargahında keçirdiyi mətbuat konfransında ADP qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Sərdar Cəlaloğlu bildirib.

Xatırladaq ki, ADP sədri Rəsul Quliyevin tərəfdarları fevralın 18-də Ali Məclisin iclasını keçiriblər və orada qəbul olunan qərara əsasən aprel ayında partiyanın növbədən kəran qurultayı keçiriləcək.

S.Cəlaloğlu deyib ki, nə həmin toplantının, nə də apreldə keçirilməsi nəzərdə tutlan qurultayın ADP-yə heç bir aidiyyatı yoxdur.

Xatırladaq ki, ADP-nin qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin və Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) fevralın 19-da keçirilən birgə iclasında Rəsul Quliyevin partiyadan xaric olunması haqqında qərar qəbul olunub.

Qeyd edək ki, müxalifəti təmsil edən ADP hazırda "Azadlıq" siyasi partiyalar blokunun üzvüdür. 1991-ci ildə yaradılmış ADP-nin sədri, Azərbaycanın eks-spikeri Rəsul Quliyev 1996-cı ildən indiyədək mühacirətdə yaşayır.

Xəbər lenti

Xəbər lenti